“Topçular”dan Salibaya yeni müqavilə
07.07.2023 - 01:20
![“Topçular”dan Salibaya yeni müqavilə](https://ww3.apasport.az/storage/news/2023/july/07/big/64a7310c4776f64a7310c47770168867866864a7310c4776d64a7310c4776e.jpg)
“Arsenal” və Vilyam Saliba arasındakı danışıqlar yekunlaşıb.
Apasport.az-ın məlumatına görə, fransalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Saliba illik 10 milyon funt qazanacaq. Ötən il “Marsel”dən London klubuna keçən 22 yaşlı futbolçu heyətin əsas üzvlərindən birinə çevrilib.
Qeyd edək ki, 2022/23 mövsümündə Premyer Liqada 27 oyunda iki dəfə fərqlənib.
0
0