Ərəblərin Bruno Fernandes planı baş tutmayıb.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted”in kapitanı “Əl-İttihad”dan gələn transfer təklifinə mənfi cavab verib.
Ərəbistan yarımadası klubunun böyük məbləğli maaş təklifindən imtina edən 29 yaşlı hücumameyilli yarımmüdafiəçi İngiltərədə xoşbəxt olduğunu deyib.
Daha bir neçə il “qırmızı şeytanlar”ın formasını geyinməyi hədəfləyən portuqaliyalı futbolçu, Avropada qalmağa üstünlük verib.
Qeyd edək ki, 2020-ci ilin yanvarından Premyer Liqa klubunun şərəfini qoruyan Fernandes bu mövsüm meydana çıxdığı 30 matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.