İkardinin “Real”a transferi alınmadı
26.11.2023 - 21:22
"Real"ın zədəlisi Vinisius Juniorun yerinə "Qalatasaray"ın hücumçusu Mauro İkardini transfer etməsi barədə yayılan söz-söhbət özünü doğrultmayıb.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Gilyermo Rai məlumat yayıb.
İkardinin meneceri Elio Pino “Real”a müştərisini almağı təklif etsə də, “kral klubu" bu transferdə maraqlı olmadığını bildirib.
Qeyd edək ki, 30 yaşlı İkardi cari mövsümdə İstanbul nəhənginin heyətində 21 oyuna çıxıb. 16 qol vuran forvard, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0