Moyeslə "Vest Hem" rəhbərliyi arasında problem
05.08.2023 - 19:01
Moyeslə "Vest Hem" rəhbərliyi arasında problem

Devid Moyes "Vest Hem"in baş məşqçisi postunu tərk edir.

Apasport.az saytı xəbər verir ki, buna 60 yaşlı şotlandiyalı mütəxəssisin klub rəhbərliyi ilə fikir ayrılığı yaşaması səbəb olub.

Xüsusilə transfer məsələsində tələblərinin yerinə yetirilməməsindən şikayətçi olan baş məşqçi “çəkicdöyənlər”i tərk etməyə hazırlaşır. Yeni texniki direktor və komandanın yeni sahibləri ilə yola getməyən mütəxəssisdən qərarını açıq şəkildə açıqlaması tələb olunur.

Qeyd edək ki, Moyses 2019-cu ilin dekabr ayından komandaya rəhbərlik edir.

writer photo
Əlirza Əlirzalı
0