“Apasport”un proqnozsevərlərə təklif etdiyi ödənişli kuponlarda növbəti rekord qeydə alınıb. Bu, ay ərzində uduşla nəticələnən variantların sayında yaşanıb.
İyul ayında müştərilərə qazanc gətirən kuponların sayı 49-a çatıb. Bu, dünənki iki “Ödənişli”nin dəqiq nəticələnməsi ilə mümkün olub.
Beləliklə, “Apasport” aylıq 49 “Ödənişli” uduşa imza atmaqla mütləq rekord vurub. İndiyə qədər rekord iyun ayına məxsus idi. Ötən ay 48 “Ödənişli” dəqiq olmuşdu.
Bu dəfəki rekord erkən qeydə alınıb. Belə ki, arxada qalan 23 gündə 49 “Ödənişli” dəqiq olub. Qarşıda isə daha 8 gün var.
Bu müddətdə rekord daha da artacaq. İyulun “Ödənişli” uduşları 158,31 əmsallıq qazanc gətirib.
Düzdür, əmsala əsasən rekord hələ yenilənməyib. Ötən ay bu rəqəm 220,14 olub. İyulun sonuna qədər olan 8 gündə bu rekord da yenilənə bilər.