"Qarabağ" Avropa Liqasının son matçlarında əldə etdiyi qol imkanlarından yararlana bilsəydi, bu gün hamı komandanın yaxşı formada olduğunu deyəcəkdi".
Bu sözləri apasport.az saytına açıqlamasında Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis ağdamlıların şanslarını dəyərləndirib: "Bu mövsüm "Qarabağ" əvvəlki illərə baxanda daha çox qol imkanları əldə edir. Komandanın oyun olaraq da "Tottenhem"lə matçı çıxmaq şərtilə, uğurlu çıxış etdiyini düşünürəm. Daha öncə də demişdim, "Qarabağ" bu il daha komplektləşib. Ayrı-ayrı futbolçular bəzi oyunlarda tam performansını göstərə bilməsə də, komanda şəklində yaxşı çıxış edirlər. Rəqib qapısı qarşısında əldə olunan qol epizodları da dediklərimin təsdiqidir. Məncə, "Qarabağ" axır ki, geridönüş edəcək. Həmin dönüş isə möhtəşəm olacaq".
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Bodo Qlimt" - "Qarabağ" matçı sabah saat 21:45-də start götürəcək.
İsmayıl Xeyrullayev
- Taekvondo Federasiyasında milli komanda ilə görüş - FOTO
- "Real Madrid" Mendinin gələcəyi ilə bağlı qərar verib
- Rəşad Sadıqov: Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq
- SSRİ ölkələrinin ən bahalı futbolçularının adları açıqlanıb
- Slavko Georgiyevski: "Neftçi" belə duruma necə düşə bilər?" - Müsahibə