Adrian Mutu: "Məğlub olmağımız utancvericidir"
18.12.2023 - 22:18
Adrian Mutu: "Məğlub olmağımız utancvericidir"

Misli Premyer Liqasının XVII turunun "Qarabağ" - "Neftçi" (2:0) matçından sonra "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutunun iştirakı ilə mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, rumıniyalı mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib. 

Mutu daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Öncə, ağır qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının tezliklə bərpa olmalarnı və şəfa diləyirəm. Çətin oyun idi, güclü rəqibə qarşı oynayırdıq. Oyunçularım meydanda komadna şəklində sona qədər əzmkar mübarizə aparmağa çalışdılar. Məğlub olmağımız utancvericidir. İstəyirdik nəsə edək. Amma uduzduq".

-Hər zaman deyirsiz ki, oyun çətin keçdi. "Neftçi" üçün bu çempionatda asan oyun olub?
-Bütün oyunlar çətindir.

-19 yaşında bu stadionda qol vurmusuz. Yenidən Tofiq Bəhramov stadionuna gəldiz. Hansı hissləri keçirdiz?
-Yaxşı hisslərdir. Stadion dəyişilib və indi daha gözəldir.

-Matçın 70-ci dəqiqəsində Höccət Haqverdini meydana buraxmağa hazırlaşırdız. "Neftçi" bu gün o qədər acizdir ki, 70-ci dəqiqədə beşli müdafiəyə keçməyi planlaşdırırdı?
-Beşli müdafiəyə keçmək strategiya idi. Amma keçmədik.


-Aaron Olanare "Neftçi"yə xeyir verəcək? Onu komandada müqaviləsinə görə saxlayırsız, yoxsa perspektiv vəd etdiyinə görə?
-Bu gün "Neftçi"də nə qədər hücum xəttində oyunçu varsa, hamısını meydana buraxmışdım. Hücumçularımdan daha yaxşısını gözləyirəm. Onlar irəlidə topu daha çox saxlamalıdılar ki, komandaya kömək olsunlar. Bu vəziyyətdən  çıxış yolu tapmaq lazımdır. Olanarenin performansının gəlincə, söhbət təkcə, ondan getmir. Ümumi hücumçulardan gedir. İstəyərdim ki, qollar vursunlar.

writer photo
Əlirza Əlirzalı
0