AFFA-dan klublara cəza
31.08.2023 - 13:15
AFFA-dan klublara cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub.

Komitə üzvlərinin müzakirələrindən sonra turun xoşagəlməz hadisələrinə hüquqi qiymət verilib.

“Araz-Naxçıvan”la səfər oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 700 manat cərimə edilib. Matç bitdikdən sonra “Araz-Naxçıvan” klubunun köməkçi məşqçisi Əfran İsmayılov oyunun rəsmi şəxslərinin tələblərinə əməl etmədiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. O klubunu 1000 manat ziyana salıb.

“Zirə” ilə səfər matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Sabah”ın futbolçusu Amin Seydiyev 2 oyun cəzalanıb, klubu 1500 manat cərimələnib.

“Qəbələ” ilə ev görüşündə “Neftçi” klubunun qapıçısı Rza Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 1 oyun cəzalanıb, “Neftçi” 800 manat xərcə düşüb. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat ödəyəcək.

“Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Ağdam klubu 800 manat cərimə edilib.

writer photo
Əlirza Əlirzalı
0