Dadaş Dadaşbəyli Avropanın 10 ən yaxşı ağırlıqqaldıranı arasında yer alıb.
Apasport,az xəbər verir ki, idmançımız 2023-cü ilin ən yaxşı kişi ağırlıqqaldıranı olmağa 10 namizədin siyahısına düşüb.
Dadaşbəyli dünya şöhrətli Laşa Talaxadze, Karlos Nassar və digər tanınmış idmançılarla mübarizə aparır.
Avropanın "Qızıl 10-luğu" adı verilən siyahı Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) Avropa təşkilatı olan “AİPS Europe” və Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) arasında imzalanan memorandum çərçivəsində hazırlanıb. Bu idmançılar arasından səsvermə yolu ilə ilin ən yaxşı atleti seçiləcək.
Qeyd edək ki, qalibin adı fevralın 12-də, Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Ağırlıqqaldırma üzrə Avropa çempionatının rəsmi açılış mərasimində açıqlanacaq.