Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar "Araz-Naxçıvan"ın 3 günlük istirahəti başa çatıb.
Apasport.az xəbər verir ki, komanda bu gün Buzovna qəsəbə stadionunda məşqlərini bərpa edib.
90 dəqiqəlik məşqə bərpa prosesini davam etdirən Vadim Abdullayev, Ramin Nəsirli və Karlos Jatoba, eləcə də milli komandanın düşərgəsində olan Mustafa Əhmədzadə, Moldova yığmasına yollanan qapıçı Kristian Avram qatılmayıb. Əvəzində “Neftçi” ilə görüşdə zədələnən, bu səbəbdən “Zirə” və “Sumqayıt”la matçları buraxan Bəxtiyar Həsənalızadə komanda ilə çalışmalara qoşulub.
Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti turda noyabrın 22-də Tovuz şəhər stadionunda “Kəpəz”lə üz-üzə gələcək.