Azərbaycan gimnastı dünya üçüncüsü oldu
17.11.2023 - 10:18
Azərbaycan gimnastı dünya üçüncüsü oldu

Azərbaycan gimnastı Aleksey Karataşov 30-cu dünya yaş qruplarında bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, o, Böyük Britaniyanın Birmingem şəhərində keçirilən yarışda fərqlənib.

İdmançımız batut gimnastikası və tamblinq üzrə yarışda 3-cü yeri tutub.

Qeyd edək ki, milli komanda tamblinq növündə 3 gimnastla (Aleksey Karataşov, Bilal Qurbanov, Hüseyn Əsədullayev) təmsil olunacaq.

writer photo
Əlirza Əlirzalı
0