Azərbaycan Kuboku: “Neftçi” 90+8 qolu ilə finala çıxdı - YENİLƏNİB
26.04.2023 - 22:00
Azərbaycan Kuboku: “Neftçi” 90+8 qolu ilə finala çıxdı - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk finalçı “Bakcell Arena”da müəyyənləşib.

“Neftçi” öz meydanında “Turan Tovuz”u qəbul edib. Bakılılar səfərdə aldığı 0:1 hesablı məğlubiyyətin əvəzini çıxıb. Oyuna əlavə olunmuş dəqiqələrdə 2 qol vuran "Neftçi" öz meydanında keçiriləcək Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.

Qeyd edək ki, digər finalçı sabah müəyyənləşəcək. “ASCO Arena”da “Səbail” “Qəbələ”ni qəbul edəcək.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunu
26 aprel
20:00. “Neftçi” – “Turan Tovuz” - 2:0
Qol:
E.Mahmudov, 90+3. Sayef, 90+8
Baş hakim: Fərid Hacıyev

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
"Turan Tovuz": 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaydi Pusi
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 2. Roderik Miller, 17. Natan Oduva, 24. Divayn Naa, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Bakcell Arena”
İlk oyun – 0:1

writer photo
Əlirza Əlirzalı
0