Azərbaycan Kubokunun 1/4 finalının ilk oyunlarının cəzaları bəlli oldu
01.02.2024 - 13:37
Azərbaycan Kubokunun 1/4 finalının ilk oyunlarının cəzaları bəlli oldu

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

Apasport.az xəbər verir ki, qurum "Sabah", "Qəbələ" və "Sumqayıt" klublarını cəzalandırıb.

“Sabah” – “Qarabağ” görüşü (1:7) bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibləri 800 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qəbələ” matçının (1:1) 75-ci dəqiqəsində qonaqların futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. “Qəbələ” klubu isə 1500 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Sumqayıt” – “Neftçi” qarşılaşmasında (2:3) 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə olunub.

writer photo
Əlirza Əlirzalı
0