Azərbaycan yığmasının hazırlığı davam edir
18.03.2024 - 20:13
Atletika üzrə Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam edir.
Apasport.az xəbər verir ki, martın 10-da start götürən məşqlər qarşıdakı yarışlara hazırlıq məqsədi daşıyır.
İdmançılar sprint üzrə böyük məşqçi Valentin Bulıçev, tullanmalar üzrə böyük məşqçi Ziyad Xəlfəyev, məşqçi Rahib Məmmədov rəhbərliyi ilə hazırıq keçirlər. Azərbaycan atletləri Paris Yay Olimpiya Oyunlarına vəsiqə verəcək lisenziya yarışlarında iştirak edəcəklər.
Qeyd edək ki, təlim-məşq toplanışına martın 24-də başa çatacaq.
0
0