Bu gün saat 12 radələrində Bakı şəhər Xətai rayonu ərazisində qadının ərini qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı Əfsanə Qalabəyli həyat yoldaşı, 1974-cü il təvəllüdlü Nurani Qalabəylini ailə münaqişəsi səbəbindən qətlə yetirməsi məlum olub.
Bildirilir ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, “Sərhədçi” İdman Kompleksində çalışırmış.
Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, 1-i isə qızdır.
Qonşuların bildirdiyinə görə, Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə vaxtı N.Qalabəyli qan içində evi tərk etməyə çalışsa da, buna nail ola bilməyib. Qətldən sonra ağır psixoloji durumda olan qadın qışqıraraq ətrafa qaçmağa başlayıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir (qafqazinfo.az).