Yeniyetmə boksçular arasında Vladimir Botvinnikin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə keçirilən yarışda təmsilçilərimiz 10 medal qazanıb.
Komandamızın heyətində Nurlan Abışov (57 kq) turnirin qalibi olub. O, finalda yerli Qleb Bondakı məğlub edərək qızıl medala yiyələnib. Digər boksçularımızdan Əli Məmmədov (46 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Turqay Rəhimli (60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) 3-cü yeri tutub.
Qeyd edək ki, turnirdə 7 ölkədən 142 idmançı mübarizə aparıb.