Azərbaycan cüdoçuları Macarıstanda keçirilən Böyük dəbilqə turnirinin ikinci gününü 3 medalla başa vurub.
Apasport.az saytının məlumatına görə, 73 kq çəkidə mübarizə aparan Hidayət Heydərov yarışı qızıl medalla başa vurub.
Finalda gürcüstanlı olimpiya, dünya və Avropa çempionu Laşa Şavdatuaşvili ilə üz-üzə gələn cüdoçumuz qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Onunla eyni çəkidə yarışan Rüstəm Orucov kubalı Maqdiel Estradanı məğlub edərək, bürünc medal qazanıb.
Yığmamızda debüt edən Səid Mollayi (81 kq) isə çıxışını gümüş medalla başa vurub. Milliləşdirilmiş idmançı finalda braziliyalı Qilerme Şmitə uduzub.
- 3,68 əmsallıq KUPON
- "Şamaxı"nın baş məşqçi namizədləri arasında 3 yerli mütəxəssis var
- Millimizin futbolçusu: “İki oyundan altı xal toplamaq üçün vuruşacağıq” - Müsahibə
- Nuno Rodriqes: “Baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib.” - Müsahibə
- 19 yaşlı futbolçu “Mançester Siti”nin radarında