"Braqa"nın kapitanı: "Qarabağ" üstümüzdən keçdi"
16.02.2024 - 10:50
"Braqa"nın kapitanı: "Qarabağ" üstümüzdən keçdi"

"İkinci oyunda burada etdiyimizdən daha çox şey etməliyik".

Apasport.az xəbər verir ki, bunu "Braqa"nın ispanyol hücumçusu Abel Ruiz “Qarabağ”a 2:4 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

24 yaşlı futbolçu məğlub olduqları oyunu belə dəyərləndirib: “O günün bizim günümüz olmadığını qəbul etməliyik. Növbəti arşılaşmada daha yaxşı reaksiya verməli və bunu geri çevirməliyik. Bu, istədiyimiz oyun deyildi. "Qarabağ" üstümüzdən keçdi".

"Braqa"nın kapitanı cavab oyunu üçün ümidli olduğunu bildirib: “Hələ Bakıda 90 dəqiqə var. Əvvəlcə bütün diqqətimizi çempionat oyununa yönəldəcəyik, sonra oradakı oyun haqqında düşünmək üçün 3 günümüz var. Bu gün etdiyimizdən çox fərqli şeylər etməliyik, amma turu keçmək, mübarizə aparmaq üçün hər şeyi edəcəyik”.

writer photo
Əlirza Əlirzalı
0