Bu gün daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq
23.03.2024 - 10:02
Bu gün daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.

İbrahim Əliyevin (73 kq) ilk rəqibi Mark Xristov (Bolqarıstan) olacaq.

81 kq çəki dərəcəsində isə iki milli üzvü mübarizə aparacaq. Məhərrəm İmamverdiyev ilk görüşdə Qırğızıstan cüdoçusu Əsəd Masabirovla, Ömər Rəcəbli isə Argentina təmsilçisi Tomas Moraleslə qarşılaşacaq.

Azərbaycan millisi martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.

Qeyd edək ki, yarışın ilk günündə 8 təmsilçimizdən ikisi fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar.

writer photo
Əlirza Əlirzalı
0