ABŞ-ın Birminqem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında mübarizə aparacaq Azərbaycan kikboksçusu, dünya çempionu Bəhram Rəcəbzadənin rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, +91 kq çəki dərəcəsində K1 üsulu ilə keçiriləcək mübarizəyə start 1/4 finaldan veriləcək.
Ən ağır çəkili idmançımızın mötəbər turnirdəki rəqibi Monteneqro kikboksçusu Miroslav Vuyoviç olacaq. O, yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Ümumdünya Oyunlarında kikboksinq yarışları 10-15 iyul tarixlərində keçiriləcək.