“Yenidən qayıtmaq, hamı ilə görüşmək, komandanın yanında olmaq, məşq etmək əladır. Yeni qapıçı məşqçimiz var, onunla birgə çalışmağa hələ öyrəşməliyik”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar”ın qapıçısı Daniel Kovaç deyib.
28 yaşlı qolkiper cütün favoriti olduqlarını, lakin buna görə arxayınlaşmayacaqlarını bildirib: “Əslində birinci mərhələdə favorit olacağımızı bilirdik. Bu hələ də belədir. Amma bunun heç bir mənası yoxdur. Ötən mövsüm də birinci mərhələdə özümüzü “yandırdıq”. “Qəbələ”yə qarşı çox gərgin, həyəcanverici oyunlar olmasını gözləyirəm”.
Qeyd edək ki, “Fehervar”la “Qəbələ” arasında ilk oyun iyulun 21-də Sekeşfexervardakı “MOL Arena Sosto”da, cavab görüşü isə 28-də Qəbələ şəhər stadionunda keçiriləcək.