"Fənərbaxça"lının son durumu bəlli oldu
09.03.2024 - 16:54
"Fənərbaxça"lının son durumu bəlli oldu

"Fənərbaxça"nın uğurlu futbolçusu İsmail Yüksek UEFA Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Yunion Sent-Jilluaz"la  matçın son dəqiqəsində zədələnib.

Apasport.az xəbər verir ki, meydanı xərəklə tərk etməli olan İsmayıl Yüksekin durumu bəlli olub.

Müayinələrdən sonra futbolçuda heç bir problem aşkar edilməyib. Gənc futbolçunun matçda göstərdiyi yüksək performansa görə ayağında sancı olduğu vurğulanıb. 

İsmail Yüksekin istirahətdən sonra komanda ilə məşqə qatılacağı bildirilib.

Bu mövsüm bütün turnirlərdə 40 matça çıxan 25 yaşlı futbolçu 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0