Filip İvanoviç: "İllərdir, "Qarabağ" Premyer Liqada favoritdir" - Müsahibə
31.05.2024 - 17:38
Filip İvanoviç: "İllərdir, "Qarabağ" Premyer Liqada favoritdir" - Müsahibə

“Sabah”ın sabiq kapitanı Filip İvanoviç apasport.az saytına müsahibə verib. Hazırda Özbəkistan yüksək liqasında turnir cədvəlində lider “Navbahor”un üzvü olan serbiyalı Azərbaycan Premyer Liqasına mümkün geri dönüşü barəsində danışıb.

- Hazırda Özbəkistan liqasında “Navbahor”un heyətində birinci pillədəsiz. Özbəkistanda işləriniz yaxşı gedir? Özünüzü xoşbəxt hiss edirsiniz?
- Bəli, hazırda hər şey qaydasındadır, ən yaxşı durumdayıq. Biz bu mövsüm çempionluq uğrunda mübarizə aparırıq. Lakin bu, hələ ki, liqanın yalnız başlanğıcıdır. Mövsümün sonunda ən yaxşısına ümid edirik. Biz də əlimizdən gələni edirik. Çox istəyirik ki, bu pillədə qalaq. 

- Maraqlıdır, sənə Azərbaycan Premyer Liqasında yarışan komandalardan təkliflər olub? Azərbaycana qayıtmaq haqda düşünürsən?
-
 Hələ ki, Azərbaycan klubları ilə danışığım olmayıb. Burada mövsüm ilboyu olur, mən bütün diqqətimi klubdakı öhdəliklərimə yönəltmişəm. Mövsümün sonunda Azərbaycana qayıtmaq üçün hansı variantların olduğunu görəcəyik. İndi isə yalnız “Navbahor”dakı çıxışıma fokuslanmışam. 

Özbəkistan və Azərbaycan futbolu, klubları arasında hansı fərqlər var? Hansı detalları qeyd edə bilərsən?
- Bu haqda əvvəllər də danışmışam. Son illərdə Azərbaycanda hər mövsüm "Qarabağ" Premyer Liqada favoritdir, digərləri isə avrokuboklar uğrunda mübarizə aparır. Özbəkistanda isə bütün əksər klublar eyni səviyyədədir və komandalar çempionluq üçün yarışırlar. Hər halda, mübarizə sona qədər davam edəcək. 

"Sabah" bu mövsüm son turda "Neftçi"ni məğlub edərək Konfrans Liqasına vəsiqə qazandı. Bu haqda fikrin necədir? "Sabah"ın avrokuboklara vəsiqə qazanması yəqin ki, səni sevindirdi?
Bəli, “Neftçi” – “Sabah” matçını izlədim. Şadam ki, “Sabah” bu oyunda qələbə qazanmağı bacardı. Sabiq komandam sona qədər mübarizə apardı. Futbol eniş-yoxuşlarla doludur, ancaq mövsümün sonunda yekun xətt çəkilir. Bu da “Sabah”ın uğurlu mövsüm keçirməsi deməkdir.

- Necə düşünürsən, "Sabah" Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazana biləcək gücə, potensiala sahibdir?
-
 Buna bir neçə amil təsir edir. Birincisi, keçid dövrünün necə keçəcəyi önəmlidir. İkincisi isə, püşkatmadır. Üçüncü və ən əsası, həmin an yaxşı formada olmaq vacibdir. "Sabah"ın artıq formalaşmış komandası var. Bir neçə yeni transferlərin gəlişi ilə də ümid edirəm ki, onlar təsnifat mərhələrini keçərək uğur qazana biləcəklər.

writer photo
Əlirza Əlirzalı
0