“Genk”in sabiq futbolçusu “Zirə”də
01.08.2023 - 11:26
“Genk”in sabiq futbolçusu “Zirə”də

“Zirə” yeni futbolçu ilə anlaşıb. 

Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi Pyer Zeblini heyətinə qatıb. 

26 yaşlı yarımmüdafiəçiylə 2+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0