Misli Premyer Liqasının IX turunun "Sabah" - "Araz-Naxçıvan" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib.
"Oyuna çox yaxşı başladıq. 5-ci dəqiqədə qol vurduq. Əfsuslar olsun ki, 3 dəqiqə sonra səhv etdik. Yaxşı oynamaq istəyirsizsə, belə uşaq səhvləri etməməlisiz. Rəqib 35 metrdən uzun topla fərqlənir. Mən buna şərh verməyə çətinlik çəkirəm. Qol buraxdıqdan sonra birinci hissədə pis oynadıq. Sanki futbolçuların ayaqları getmirdi. İkinci toplarda problemimiz var idi. İkinci hissədə daha yaxşı oynadıq. Amma nəticədə bərabərliyə razı olduq".
- Nəticə ədalətli oldu?
- Nəticə nəticədir. Etdiyimiz şərhləri nəzərə alsaq, 1 xal bizim üçün yaxşıdır.
- "Sabah" bir çox oyunda hesabı açsa da, sonradan qollar buraxır. Bunun səbəbi nədir?
- Həmişə demişəm ki, qol vurduqdan sonra 5-6 dəqiqə çox önəmlidir. Müdafiədə daha yaxşı oynamalısan ki, rəqib fərqlənməsin. Bir çox hallarda müdafiədə bu cür situasiyaları düzgün dəyərləndirmirik. Futbolda 2-3 metr yox, 20 santimetr də çox önəmlidir.
- Müdafiədəki problemlər nə vaxt həll olunacaq?
- Tezliklə.
- Geridə qalan 9 turu necə dəyərləndirirsiz?
- Səmimi desəm, hədəflədiyimizdən 2-3 xal az toplamışıq. Birinci dövrədə heç nədən xallar itirdik. "Qarabağ"la oyunda xal qazanmağa layiq idik. Amma ötən mövsümün ilk dövrəsi ilə müqayisə etsək, bu il çox yaxşıyıq. İrəlidə çox oyun var. İkinci dövrədə daha çox xal toplayacağıq.