La Liqa klubunda baş məşqçi istefası
19.03.2024 - 15:43
La Liqa klubunda baş məşqçi istefası

Futbol üzrə İspaniya çempionatında baş məşqçi istefası gerçəkləşib.

Apasport.az xəbər verir ki, La Liqanın autsayderi "Qranada" baş məşqçisi Aleksandr Medinanı istefaya göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Uruqvaylı çalışdırıcı ötən ilin noyabrından komandaya rəhbərlik edirdi.

Onun rəhbərliyi altında 17 oyuna çıxan komanda yalnız 1 dəfə qələbə qazanıb, 12 dəfə məğlub olub və 4 dəfə heç-heçə edib. 

writer photo
Əlirza Əlirzalı
0