La Liqada rekord
05.06.2023 - 09:03
Xoakin Sançes La Liqanın rekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, “Betis”in futbolçusu İspaniya çempionatında 622-ci oyununu keçirib.
41 yaşlı yarımmüdafiəçi yarışın tarixində ən çox matça çıxan futbolçu adına şərik olub. O, əfsanəvi Andoni Subisarettaya çatıb.
Siyahıda üçüncü yerdə Raul Qarsiyadır – 589 oyun. Raul Qonzales 550, Eusebio Sakristan 543 matçda forma geyinib.
Qeyd edək ki, “Betis” XXXVIII turda “Valensiya” ilə heç-heçə edib – 1:1.
0
0