“Lex” - “Qarabağ”: Kim favoritdir?
05.07.2022 - 16:23
Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Lex” (Polşa) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Poznan təmsilçisini matçın favoriti sayırlar.
Bu gün Polşada “Poznan” stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 3,36, məğlubiyyəti 2,07 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,30 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
0
0