Kərim Benzema: "Onu tənqid edənin futboldan xəbəri yoxdur"
05.02.2024 - 15:48
Kərim Benzema: "Onu tənqid edənin futboldan xəbəri yoxdur"

Səudiyyə Ərəbistanı klubu olan "Əl-İttihad"ın futbolçusu Kərim Benzema Lionel Messini tənqid edənlərlə bağlı danışıb.

Apasport.az xəbər verir ki, fransalı ulduz “İnter Mayami”nin və Argentina millisinin forvardının ancaq tərifə layiq olduğunu bildirib.

Benzema qeyd edib ki, Messinin yalnız tərifə layiqdir: "Onu tənqid edənin futboldan xəbəri yoxdur. Messini tənqid edənlər ümumiyyətlə, futbol haqda heç nə bilmirlər".

Qeyd edək ki, argentinalı futbolçu Honq-Konqda keçirilən matçda azarkeşlərə davranışına görə tənqid edilib.

writer photo
Əlirza Əlirzalı
0