“Los-Anceles Qalaksi”də yapon müdafiəçi
29.07.2023 - 11:04
“Şalke”dən ayrılan Mayya Yoşidanın yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, yaponiyalı müdafiəçi karyerasını MLS-də davam etdirəcək.
34 yaşlı futbolçu “Los-Anceles Qalaksi” ilə ilkin razılığa gəlib. O, yeni klubuna azad agent kimi qoşulacaq.
Qeyd edək ki, Yoşida ötən mövsüm “Şalke”də 31 matç keçirib. O, 4 sarı vərəqə ilə cəzalanıb.
0
0