Növbəti mövsüm iddialı klublardan birinə çevrilmək istəyən “Səbail” bu yöndə çalışmalarına başlayıb.
Apasport.az saytının məlumatına görə, paytaxt klubu yay fasiləsində heyətində ciddi dəyişikliklər edəcək.
Baş məşqçi postuna Mahmud Qurbanovu gətirən qəsəbə təmsilçisi transferlər üçün büdcə artımına gedib. Plotsk “Visla”sından Anton Krivotsyukla maraqlanan yeni çalışdırıcının siyahısına düşən daha bir neçə oyunçu bəllidir. O, “Zirə”nin müdafiəçisi Ruslan Abışov, hücumçusu Ağabala Ramazanov və “Neftçi”nin yarımmüdafiəçisi İsmayıl Zülfüqarlını sərəncamında görmək istəyir.
Ramazanovla artıq ilkin razılıq əldə olunub. Sonuncu isə növbəti mövsümü icarə əsasında “Səbail”də keçirə bilər.
Qeyd edək ki, “Səbail” hələlik Camal Araqo, Domantas Şimkus və Nikolas Raysel kimi oyunçularla yollarını ayırıb.