PSJ “Mançester Siti”dən onu istəyir
09.05.2023 - 17:38
PSJ “Mançester Siti”dən onu istəyir

PSJ-nin yay transfer planları bəlli olub.

Apasport.az saytı xəbər verir ki, Fransa təmsilçisində əsas hədəf “Mançester Siti”nin futbolçusu Bernardo Silvanın heyətə cəlb edilməsidir.

28 yaşlı portuqaliyalının transferi üçün danışıqlara başlamağa hazırlaşan Paris klubu ingilislərə rədd edə bilməyəcəkləri bir təklif hazırlayır. Yeni mövsümdə heyəti dəyişmək arzusunda olan klub rəhbərliyinin Silva transferində israr edəcəyi də bildirilir.

Qeyd edək ki, 2017-ci ildən Mançester klubunda oynayan Silva davam edən mövsümdə 49 matça çıxıb. Bu oyunlarda 5 qol vuran futbolçu 7 assistlə də yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0