Marko Yankoviç: “Bu mərhələdə asan rəqib yoxdur”
15.02.2023 - 18:09
Marko Yankoviç: “Bu mərhələdə asan rəqib yoxdur”

"Sabah çox çətin və çox vacib oyuna çıxacağıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç deyib.

Konfrans Liqasının pley-off mərhələsinin sabah “Gent”lə keçiriləcək ilk oyunu ərəfəsində mətbuat konfransı təşkil olunub. Tədbirdə iştirak edən yarımmüdafiəçi sabah baş tutacaq matç barədə fikirlərini bildirib: “Konfrans Liqasının bu mərhələsində asan rəqib yoxdur. Oyun bizim üçün vacibdir. Sabaha qədər bir məşqimiz var. "Gent"ə qarşı yaxşı mübarizə aparmağa çalışacağıq”.

Marko çempionatdakı heç-heçələrdən sonra futbolçularda psixoloji durumundan da danışıb: “Əvvəlki oyunların nəticələrin bu oyuna dəxli yoxdur. Bu, Avropa oyunudur. Sabah heç bir bizə təsiri olmayacaq. Əlimizdən gələni edəcəyik ki, doğma azarkeş qarşısında qələbə qazanaq”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0