Millimiz AVRO-2026-nın püşkatma mərasimində təmsil olunmayacaq
20.05.2024 - 11:34
Millimiz AVRO-2026-nın püşkatma mərasimində təmsil olunmayacaq

Azərbaycanın futzal millisi İsveçrənin Nyon şəhərində təşkil olunacaq AVRO-2026-nın püşkatma mərasimində təmsil olunmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən "Report"a məlumat verilib. 

Tədbir mayın 30-da gerçəkləşəcək.

Final mərhələsi 2026-cı ildə Latviyanın Kaunas və Litvanın Riqa şəhərlərində təşkil olunacaq Avropa çempionatının püşkatma mərasimində yığmamız III səbətdə yer alacaq.

Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan Azərbaycan yığması qrupunun ikinci komandası olacaq. III səbətdə yer alan komanlar qrup mərhələsində millimizin rəqibi olmayacaqlar.

Qeyd edək ki, 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq. Komandalar UEFA-nın reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb.

writer photo
Əlirza Əlirzalı
0