Luis Dias meydana qayıtdı, mesaj verdi
06.11.2023 - 10:49
Luis Dias meydana qayıtdı, mesaj verdi

"Liverpul"un hücumçusu Luis Dias valideyninin qaçırılmasından sonra ilk dəfə matça çıxıb.

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu “Luton”la səfər oyununda iştirak edib.

Luisin atası isə hələ də itkindir. Dias matçın sonlarında "ataya azadlıq" mesajı vermək üçün formasını qaldırıb.

Qeyd edək ki, "Porto"nun sabiq oyunçusu sonuncu dəfə 10 gün əvvəl “Liverpul”un heyətində meydana çıxmışdı.

writer photo
Əlirza Əlirzalı
0