Millimiz FİFA reytinqində irəlilədi
15.02.2024 - 13:54
Millimiz FİFA reytinqində irəlilədi

FİFA milli komandaların reytinq siyahısını yeniləyib.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması 1174.22 xalla bir pilləyə irəliləyərək 113-cü yerdə qərarlaşıb.

Komandanın UEFA Millətlər Liqasındakı rəqiblərindən İsveç (1531,13) 26-cı, Slovakiya (1465,73) 48-ci, Estoniya (1148,76) 123-cüdür.

Siyahıya son dünya çempionu Argentina 1855.2 xalla başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) üçüncüdür.

writer photo
Əlirza Əlirzalı
0