Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqası çərçivəsində V turun görüşünə çıxacaq.
Millimiz Kiprlə üz-üzə gələcək. Qarşılaşma Limassol şəhərində keçiriləcək. Görüşü Belçikadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Millətlər Liqası
V tur, 1 dekabr
21:00. Kipr – Azərbaycan
Baş hakim: Karoline Lanssens
Baş hakimin köməkçiləri: İrmqard Van Meirvenne, Marqot Yakobs (hamısı Belçika)
Dördüncü hakim: Yana Van Laere
Limassol. “Limassol” stadionu