Millimiz Qəbələdə yoldaşlıq oyunu keçirib
24.09.2024 - 10:40
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda “Qəbələ” ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.
Qeyd edək ki, sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.
0
0