Mendilibar daha bir il “Sevilya”da
06.06.2023 - 19:19
Mendilibar daha bir il “Sevilya”da

“Sevilya” baş məşqçisi Xose Luis Mendialibarla müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Mendilibarla yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi bu ay başa çatacaq.

Qeyd edək ki, mütəxəssis martda “Sevilya”nın baş məşqçisi təyin edilib. O, komandası ilə Avropa Liqasının qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0