Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, dördüncü yarış günündə daha 5 qadın güləşçimiz mübarizəyə qoşulub.
Türkan Nəsirova (53 kq) təsnifat mərhələsində Mariya Spirkovskaya (Şimali Makedoniya) tam üstünlüklə qalib gəlib - 10:0. Həmyerlimiz 1/4 finalda ispaniyalı Marina Floresdən də güclü olub - 12:5. Nəsirova yarımfinalda isveçli Emma Malmqrenlə qarşılaşacaq.
Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva (57 kq) almaniyalı Elena Brüggerə 6:3 hesabıyla qalib gəlib. Əliyeva yarımfinalda polşalı Yovita Vrjeşenlə üz-üzə gələcək.
Birgül Soltanova (62 kq) təsnifat mərhələsində estoniyalı Viktoriya Vessoya "tuş"la məğlub olub.
Elis Manolova (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub və rumıniyalı İrina Rinqaciyə "tuş"la uduzub.
Nigar Mirzəzadə (72 kq) təsnifat mərhələsində ukraynalı Lyudmila Tiçinaya müqavimət göstərə bilməyib - 0:10.
Yarımfinal görüşləri Bakı vaxtı ilə 18:45-də başlayacaq.