"İvanın hər oyunda üç qol vuran Messi kimi olmasını gözləməyin, amma böyük ehtimalla "Sabah"a xeyir verəcək"
"Qarabağ"ın qapısını qorumuş Miro Varvodiç Apasport.az saytına müsahibə verib. "Köln"ün keçmiş qolkiperi saytımıza açıqlamasında Azərbaycan çempionunun yeni qapıçısından, həmyerliləri Krunoslav Renduliç və İvan Lepinitsanın "Sabah"dakı mümkün uğurundan danışıb.
-"Qarabağ"ı daim izlədiyini, diqqətdə saxladığını bildiyim üçün soruşuram. Bu komanda təzəlikcə həmyerlin, sənin kimi Almaniyada oynamış Fabiyan Buntiçi heyətinə qatdı. Bu qapıçı barədə fikrin necədir?
-Doğrudur, "Qarabağ"ı daim izləyirəm. Bu komandada uzun illər oynamamışam. Təəssüf ki, də oynamamışam. İstənilən halda, onları daim diqqətdə saxlayıram. Buntiçə gəldikdə, bəli, onu yaxşı tanıyıram. Özü də Ştutqart şəhərindəndir. "İnqolştadt"dakı performansını da yaxşı bilirəm. Buntiç çox perspektivli qolkiper idi. Yaşı da çox deyil. Ümidvaram ki, o, uğurlu çıxışını "Qarabağ"da da davam etdirər və komandaya xeyir verər.
-Ötən mövsüm "Qarabağ"ın əsas qapıçısına çevrilmiş Andrey Lunyovun komandada qalmayaraq, ayrılması və "Dinamo"ya keçidinə münasibətin necədir?
-Düzünü deyim, Lunyov da çox yaxşı qapıçı idi. O, öz səviyyəsini "Qarabağ"da olanda da göstərirdi. Amma "Qarabağ"da əvvəllər də, indi də yaxşı qapıçılar var. Ona görə də, Lunyovun "Dinamo"ya gedişinə görə narahat olmağa dəyməz.
-Ölkənizin əsas komandası hesab edilən "Dinamo"da çıxış edən Mahir Emrelinin oradan ayrılması gözlənilir. O, özünü Zaqreb klubunda heç cürə göstərə bilmədi və artıq ayrılacağı gözlənilir...
-Mən hər zaman Mahirin yaxşı və perspektivli futbolçu olduğunu demişəm. Həqiqətən yaxşı sol ayağı, driblinqləri var. Amma görünən budur ki, onun üçün ən yaxşısı elə ayrılmaqdır. Çünki "Dinamo"da oynamır. Məncə ,gənc olduğu üçün daim oynayacağı kluba keçməlidir.
-Yeri gəlmişkən, "Sabah" "Slaven Belupo"da oynayan İvan Lepinitsanı heyətinə qatdı. Ondan gözləntilər böyükdür. Səncə, o, bunu qarşılaya biləcək?
-Lepinitsa çox yaxşı futbolçudur. "Slaven Belupo"da da özünü ən yaxşı tərəfdən göstərməyi bacarmışdı. Bir də nəzərə alın ki, Xorvatiya liqası Azərbaycan Premyer Liqasından yaxşıdır. Amma düzünü deyim, əgər "Qarabağ" və "Dinamo" klubları qarşılaşsa, qalib gələn tərəf Azərbaycan çempionu olardı. Lepinitsa məsələsinə qayıtsaq, dediyim kimi, yaxşı futbolçudur. Amma onun hər oyunda üç qol vuran Lionel Messi kimi olmasını gözləməyin. Lakin böyük ehtimalla o, "Sabah" xeyir verəcək. Çünki keyfiyyətli futbolçudur.
-Bəs, İvan "Sabah"ın yeni ulduzu ola biləcək?
-"Sabah" təbii ki, "Qarabağ" deyil. Amma böyük ehtimalla İvan "Sabah"ın ən yaxşı oyunçularından biri olacaq. Ona "Sabah"da uğurlar arzulayıram.
-Ötən mövsüm sənin digər sabiq komandan olan "Jrinski Mostar"ı Konfrans Liqasının qrup mərhələsinə qədər aparan Krunoslav Renduliçin eyni uğuru "Sabah"da təkrarlaması nə dərəcədə realdır?
-Renduliçi də çoxdan tanıyıram. Hər zaman komandalarında çox yaxşı intizam, oyun intizamı olub. Özü də çox yaxşı məşqçidir. Lakin ondan "Sabah"da da eynisini etməsini gözləməyin. Təki, ən yaxşı nəticələri edə bilsin. Sadəcə məsələ budur ki, həmin vaxtı "Jrinski Mostar"ın ən yaxşı heyəti idi. Hər halda, "Sabah" da ötən mövsümkündən daha yaxşı olacaq. Onlara da ən yaxşı nəticəni arzulayıram.