“Sabah”ın baş məşqçisi Murad Musayev yenidən cəzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi çıxarıb.
25.10.2023-cü il tarixində Misli Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununun 90+4-cü dəqiqəsində “Sabah” klubunun baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun, həmçinin 24.08.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə ilə cəzalandığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 2 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib.