Azərbaycan millisi sabah növbəti oyununu keçirərək.
Apasport.az xəbər verir ki, yığmamızın Estoniya ilə səfər matçı ərəfəsində komanda üzvlərinin oyun və qol göstəriciləri açıqlanıb.
Baş məşqçi Canni de Byazinin sərəncamında olan 25 futbolçudan ən böyük milli təcrübəsinə malik oyunçu Ramil Şeydayevdir. O, 56 dəfə yığmanın formasını geyinib. Bombardirlər siyahısına isə 11 qol vuran Emin Mahmudov başçılıq edir.
AVRO-2024-ün sabah keçiriləcək seçmə görüşü bəzi futbolçular üçün yubileylə əlamətdar ola bilər. Şeydayev yığmada 10-cu qolunu vurmaq üçün Baltikyanı ölkə təmsilçisini məyus etməlidir.
Renat Dadaşov meydana çıxsa, 25-ci oyununu keçirəcək. Musa Qurbanlı isə 10-cu matçını gözləyir.
Millinin iki üzvü isə debüt arzusundadır. Rəşad Əzizli və Nəriman Axundzadənin ilk dəfə əsas yığma ilə meydana çıxmaq şansı var.
Qeyd edək ki, Estoniya – Azərbaycan matçı Tallində baş tutacaq.
Futbolçu |
oyun |
qol |
Ramil Şeydayev |
56 |
9 |
Mahir Emreli |
42 |
5 |
Emin Mahmudov |
41 |
11 |
Anton Krivotsyuk |
32 |
1 |
Renat Dadaşov |
24 |
2 |
Şahrudin Məhəmmədliyev |
22 |
-27 |
Səlahət Ağayev |
21 |
-26 |
Hoccət Haqqverdi |
20 |
1 |
Coşqun Diniyev |
16 |
0 |
Aleksey İsayev |
16 |
1 |
Toral Bayramov |
15 |
0 |
Elvin Cəfərquliyev |
13 |
1 |
Elvin Camalov |
12 |
0 |
Filip Ozobiç |
12 |
1 |
Rahil Məmmədov |
12 |
0 |
Musa Qurbanlı |
9 |
1 |
Rüstəm Əhmədzadə |
7 |
0 |
Ozan Can Kökçü |
6 |
0 |
Cəlal Hüseynov |
5 |
0 |
Qismət Alıyev |
4 |
0 |
Bəxtiyar Həsənalızadə |
3 |
0 |
Emil Səfərov |
2 |
0 |
Yusif Nəbiyev |
1 |
0 |
Nəriman Axundzadə |
0 |
0 |
Rəşad Əzizli |
0 |
0 |