“Neftçi” “Matç TV” turnirində son oyununu keçirdi
15.07.2023 - 16:59
“Neftçi” “Matç TV” turnirində son oyununu keçirdi

“Neftçi” “Matç TV” beynəlxalq turnirində sonuncu oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu yeni mövsümün hazırlığı çərçivəsində qatıldığı yarışda Türkiyə təmsilçisi "Fənərbaxça" ilə qarşılaşıb.

Bu matç Adrian Mutunun “Neftçi”nin baş məşqçisi postunda qeyri-rəsmi debütü ilə əlamətdar olub. Paytaxt təmsilçisi "Smena" stadionunda baş tutan görüşdən məğlub ayrılıb. Matçın sonlarında hesabı açan İstanbul klubu 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, əvvəlki iki görüşə baş məşqçisiz çıxan "ağ-qaralar" Rusiya "Zenit"inə 1:3, Serbiya "Srvena Zvezda"sına 0:4 hesabı ilə məğlub olub.
 

writer photo
Əlirza Əlirzalı
0