"Neftçi"də Yens Andersson dövrü başa çatdı - RƏSMİ
18.09.2024 - 18:04
"Neftçi"də Yens Andersson dövrü başa çatdı - RƏSMİ

“Neftçi” ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

Apasport.az xəbər verir ki, 2023-cü ilin sentyabrından klubda çalışan Anderssonla yollar rəsmən ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

“Neftçi”dəki fəaliyyətinə görə Anderssona təşəkkür edirik.

Bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirərək, Yens Anderssona gələcək karyerasında uğurlar arzulayırıq!"

writer photo
Əlirza Əlirzalı
0