“Neftçi”dən yeni rekord
27.04.2023 - 10:14
“Neftçi”dən yeni rekord

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb. 

Apasport.az saytının məlumatına görə, Bakı klubu finala 11-ci dəfə yüksəlməklə buna nail olub. 

“Ağ-qaralar” yarımfinalda “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Neftçi” evdə 2 cavabsız qolla qalib gəlib. 

Tarixində 11-ci dəfə həlledici matça vəsiqə qazanan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Bunadək “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıb. 11-ci belə sınağa çıxacaq “ağ-qaralar” 6, Ağdam klubu 7 dəfə kubokun sahibi olub.

Qeyd edək ki, 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014 mövsümlərində kuboku başı üzərinə qaldıran bakılılar dörd dəfə (2000/2001, 2011/2012, 2014/2015, 2015/2016) finalda uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0