“Neftçi”nin baş məşqçi postuna axtarışları davam edir.
“Ağ-qaralar” hazırda namizədləri nəzərdən keçirir. Onlardan daha birinin adına aydınlıq gəlib.
Apasport.az-a daxil olan məlumata görə, söhbət Zaur Tağızadədən gedir.
İddialara görə, hazırda “Neftçi” rəhbərliyi “qızıl oğlan”ı yenidən kluba dəvət etməyi planlaşdırır. Paytaxt təmsilçisinin sabiq futbolçusu komandaya baş məşqçi kimi dönməyə yaxındır.
Daha öncə klubun əvəzedicilərində çalışan mütəxəssis 2011-ci ildən “Qarabağ”ın seleksiyaçı məşqçisi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Tağızadə 2004-10-cu illərdə “ağ-qaralar”ın şərəfini qoruyub. O, komandada keçirdiyi 132 matçda 31 qol vurub.