"Neftçi"nin legioneri "Sumqayıt"la matçın hakim idarəçiliyindan narazı qalıb
08.04.2024 - 13:17
"Neftçi"nin legioneri "Sumqayıt"la matçın hakim idarəçiliyindan narazı qalıb

“Neftçi"nin legioneri Andre Şinyaşiki Premyer Liqanın XXIX turunda “Sumqayıt”la matçın hakim idarəçiliyindən narazı qalıb. 

Apasport.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib.

“Mən heç vaxt hakim qərarlarından şikayət etmək üçün sosial medianı istifadə etməmişəm, lakin son bir neçə həftədə baş verənlər qəbuledilməzdir.

Təyin olunmayan 2 dəqiq penalti var. Futbolçular, məşqçilər və azarkeşlər daha yaxşısına layiqdirlər. Bu cür halların təkrarlanmaması üçün federasiya lazımi düzəlişləri etməlidir.

Əgər bizdə VAR varsa, niyə ondan istifadə etmirik? Mənə elə gəlir ki, ondan selektiv istifadə olunur. Düşünürəm ki, “Neftçi”lilər bu haqda açıqlamaya layiqdirlər”.

Qeyd edək ki, XXIX turun mərkəzi matçı 1:1 hesablı bərabərliklə başa çatıb. 

writer photo
Əlirza Əlirzalı
0