Nigeriyalı futbolçu “Neftçi”də - VİDEO
09.08.2023 - 23:13
Nigeriyalı futbolçu “Neftçi”də - VİDEO

“Neftçi” mərkəz hücumçusu transferini rəsmiləşdirib. 

Apasport.az-ın məlumatına görə, nigeriyalı Aaron Olanare ilə bir illik müqavilə bağlanıb. 

29 yaşlı futbolçu komandamızın heyətində 25 nömrəli formanı geyinəcək. Aaron Olanare Nigeriyanın “Şutinq Stars” (2010-2011), “Dolfin” (2011-2012), Norveçin “Volerenqa” (2012-2013), “Sarpsborq” (2013-2014), Çinin “Quanço Siti” (2014-2017), “Siçuan Lonqfor” (2019), “Çanqçun Yatay” (2020), Rusiyanın ÇSKA (2016-2018), “Amkar” (2017-2018), İsrailin “Beytar Yerusəlim” (2018-2019) və Türkiyənin “Erzurumspor” (2021-2023) klublarında çıxış edib. Forvard Nigeriya milli komandasının heyətində 7 oyun keçirib və 2 qolla yadda qalıb. Olanare 2015/16 mövsümündə ÇSKA heyətində Rusiya çempionu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi və Andre Şinyaşikini heyətinə cəlb edib.
 

writer photo
Əlirza Əlirzalı
0