“Olimpiakos”un qapıçısı: “Qarabağ”la düşməyi heç istəmirdim”
31.08.2022 - 11:41
“Olimpiakos”un qapıçısı: “Qarabağ”la düşməyi heç istəmirdim”

“Olimpiakos”un ambisiyaları hər zaman ən yüksəkdir. Təəssüf ki, Çempionlar Liqasından kənarda qaldıq”.

Apasport.az saytının məlumatına görə, bunu Yunanıstanın “Olimpiakos” klubunun qapıçısı Tomaş Vaçlik deyib.

Çexiya millisinin qolkiperi mövsümün əvvəlində Avropa Liqası barədə düşünmədiklərini etiraf edib: “Avropa Liqasının pley-off mərhələsində “Apollon” üzərində çətin qələbə zamanı mənim və komanda yoldaşlarımın gözündə böyük rahatlıq yaranmışdı. Həmin gün bunu qeyd elədik. Amma düzünü desəm, bu, ilk vaxtlar arzuladığımız turnir deyildi. Ancaq baş tutan matçlardan sonra buna da sevinməliyik”.

Vaçlik Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini də dəyərləndirib. 33 yaşlı qapıçı, xüsusən də, “Qarabağ”ı özləri üçün arzuolunmaz rəqib adlandırıb: “Qrupda “Frayburq”, “Nant” və “Qarabağ” kimi rəqiblərlə qarşılaşacağıq. Açığı, Çempionlar Liqasının pley-offunda “Viktoriya” ilə matçları görəndən sonra “Qarabağ”la düşməyi heç istəmirdim”.

Qeyd edək ki, “Olimpiakos” ilk oyununu sentyabrın 8-də səfərdə “Nant”la keçirəcək. “Qarabağ” isə həmin gün “Frayburq”un qonağı olacaq.

writer photo
Əlirza Əlirzalı
0